ReAL Cümhuriyyəti

Mənbə: Foto: Meydan tv

Başlıq: ReAL Cümhuriyyəti

ReAL Cümhuriyyətçilər seçkidə iştirakdan geri çəkilə bilər

İttifaq bəyanat yaydı

ReAL Cümhuriyyətçilər İttifaqı 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ittifaq parlament seçkilərində hər hansı şərt irəli sürmədən iştirakı haqqında mövqeyinə yenidən baxıb.

İttifaq dekabrın 27-də bloger Mehman Hüseynovun polis tərəfindən döyüldüyünü xatırladaraq əlavə edib ki, hadisə tərəfsiz qaydada dövlət tərəfindən araşdırılmalı və təqsirli şəxslər mövcud hüquqi normalara əsasən cəzalandırılmalıdır:

“Repçi Pərviz Quluzadənin həbsi ilə başlanmaqda olan bu repressiv tədbirlər sırası dərhal durdurulmalıdır, onun davamı gəlməməlidir. İttifaqımızın namizədlərinin qeydiyyatına əngəllər tam şəkildə aradan qaldırılmalı və yeniləri yaradılmamalıdır. Bu, həm Avropa Məhkəməsində bəraət almış İlqar Məmmədova, Rəsul Cəfərova və Zaur Qurbanlıya, eləcə də İttifaqımızın bütün digər namizədlərinə şamil olunmalıdır”.

Bəyanatda bildirilib ki, hakimiyyətin atacağı bütün addımları seçki bağlantısında diqqətlə izləməkdə və dəyərləndirməkdə davam edəcəklər:

“Bu addımların seçki anlamına həlledici zərbə vurduğu təqdirdə istənilən anda biz seçkidə iştirakdan geri çəkilməyimiz haqda qərar verəcəyik”.

Deputatların Milli Məclisin buraxılması üçün prezidentə etdikləri müraciəti İlham Əliyev qəbul edib və növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Demokratik Qüvvələrin Milli Şurası, AXCP, Demokratiya və Rifah Hərəkatı, Klassik Xalq Cəbhəsi, Xalq Partiyası seçkiləri boykot etmək qərarı verib.

YAP, Müsavat, ADP, Ümid, REAL partiyaları, D18, NİDA vətəndaş hərəkatları isə seçkilərdə iştirak edəcəklər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tbgz8y

Ən çox baxılan