İlqar Məmmədovun keçirdiyi brifinq

Mənbə: Foto: Meydan tv

Başlıq: İlqar Məmmədovun keçirdiyi brifinq

Real Cümhuriyyətçilər İttifaqı yaradılıb

PeAL Partiyası seçkilərdə blok şəklində iştirak edəcək

ReAL Partiyası 9 fevral növbədənkənar parlament seçkilərində blok şəklində iştirak edəcək.

Bu barədə partiyanın sədri İlqar Məmmədov dekabrın 11-də keçirdiyi brifinqdə açıqlama verib.

İlqar Məmmədov seçki blokunun "Real Cümhuriyyətçilər İttifaqı" adlandığını bildirib:

“Bloka yalnız partiya üzvləri deyil, eləcə də müstəqil namizədlər daxil olacaq. Milli Məclisə seçildiyimiz təqdirdə də blok şəklində fəaliyyət göstərəcəyik".

İlqar Məmmədov bloka onların mövqeyini dəstəkləyən başqa qurumların da daxil ola biləcəyini vurğulayıb:

“Müraciət olunsa, məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək".

Partiya sədri yaxın günlərdə seçkiqabağı koalisiya üzvlərinin yeni adlarının açıqlanacağını və ümumilikdə ReAL-ın 42 namizədlə prosesə qatılacağını deyib.

O, digər siyasi partiyalarla əməkdaşlığı istisna etməyib.

Brifinqdə həkim Vasif İsmayılı və XİN və BP şirkətinin keçmiş əməkdaşı Elçin Haqverdiyev blokun namizədi kimi təqdim edilib.

Milli Məclis dekabrın 2-də buraxılması üçün Prezidentə müraciət edib. Prezident müraciəti qəbul edib və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/plocjc

Ən çox baxılan