Razi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir

Deputat bəzi işəgötürənləri tənqid etdi

Foto: Meydan TV


Deputat bəzi işəgötürənləri tənqid etdi

“İşçilər əmək müqaviləsində nəzərdə tutulandan daha çox işlədilir”.

Milli Məclisin iclasında deputat Razi Nurullayev belə deyib.

O qeyd edib ki, xarici şirkətlərdə artıq iş vaxtı ilə bağlı əlavə ödəniş sistemi tətbiq edilsə də, bizim müəssisələrdə işçilər qul kimi işlədilir. “Fəhləyə yemək də verilmir. İşçilərin əməyinin mühafizəsinə və təminatına diqqət ayırmaq çox ciddi məsələdir”.

Spiker Sahibə Qafarova bildirib ki, işçilərin iş rejimi ilə bağlı hər yerdə vəziyyət eyni olmasa da, bu cür iş yerləri mövcuddur.

Deputat, Azərbaycan Həmkarlar Konfederasiyasının sədri Səttar Möhbalıyev isə deyib ki, işçini əmək müqaviləsi olmadan işə götürdüyünə görə xeyli işəgötürən cərimələnib. Onun sözlərinə görə, qeyri-formal məşğulluq Pensiya Fonduna və dövlət büdcəsinə ziyan vurur:

“Bizim vergi orqanları, aidiyyəti qurumlar insanların istismar edilməsinin qarşısını almalıdır. İnsanlar qanunvericilikdə nəzərdə tutulan qədər işləməlidir. Pandemiya dövründə gizli işləyən insanlar üzə çıxdı. Bəziləri məcbur olub işçilərlə müqavilə bağladılar. Onlar pandemiya dövründə dövlət tərəfindən verilən vəsaitdən istifadə edə bilmək üçün bunu etdilər”.

Ana səhifəXəbərlərRazi Nurullayev: Azərbaycanda işçilər qul kimi işlədilir