RATİ-nin jurnalisti və hüquqşünası aeroportda saxlanılıb (yenilənib)

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Əbülfət Namazovun və Günay İsmayılovanın ölkədən çıxmasına icazə verilməyib.

Source:

15.20. Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılova ölkədən buraxılmayıb.

Xanım İsmayılova Azadlıq Radiosuna deyib ki, sentyabrın 2-də Gürcüstana getmək üçün Bakı hava limanına yollanıb: “ATƏT-in iki günlük seminarına qatılmalı idim. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar”.

Günay İsmayılovanın sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub: “Bu, qanunsuz göstərişdir. Ona görə də prokurorluğu məhkəməyə verəcəm”.

***

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun əməkdaşı

Əbülfət Namazovun və Günay İsmaylovanın ölkədən çıxmasına icazə verilməyib.

Bu haqda AzadlıqRadiosuna qurumun sədr müavini Günay İsmayılova bildirib.

Onun dediyinə görə, Ə.Namazov Birləşmiş Ştatlara jurnalistika ilə bağlı tədbirə qatılmaq üçün gedirmiş. Amma o, RATİ sədri Emin Hüseynovun cinayət işində şahid kimi dindirildiyinə görə aeroportda saxlanıb və ölkədən çıxmasına icazə verilməyib.

Bu ilin avqustunda hüquq-mühafizə orqanları RATİ-nin ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb. Bundan sonra qurumun rəhbəri Emin və qardaşı Mehman Hüseynovlarla əlaqə kəsilib,  onların harada olduğu məlum deyil.

Ana səhifəXəbərlərRATİ-nin jurnalisti və hüquqşünası aeroportda saxlanılıb (yenilənib)