RATİ-in mühasibi yenə ifadə verdi

Tatyana Kryuçkina ikinci dəfədir dindirilir

Source:


Tatyana Kryuçkina ikinci dəfədir dindirilir

Avqustun 26-da Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində üç saat şahid qismində dindirilib.

Tatyana Kryuçkina istintaqda mediaya açıqlama verməyəcəyi haqda iltizam verdiyindən dindirilmə barədə əhatəli danışmayacağını dilə gətirib.

O, ilk dəfə avqustun 21-də şahid qismində dindirilmişdi.

Avqustun 14-də RATİ-in sədr müavini Günay İsmayılova, avqustun 25-də isə RATİ-nin digər əməkdaşı  Əbülfət Namazov 3 saatadək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə vermişdi.

Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox video kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, – qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.

Ana səhifəXəbərlərRATİ-in mühasibi yenə ifadə verdi