Qurban Qurbanov: ”Arsenal” Mxitaryan məsələsində düzgün addım atdı

“Mxitaryanın olmaması hamımız üçün yaxşıdır”

Source:


“Mxitaryanın olmaması hamımız üçün yaxşıdır”

Bakıda, oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə görüşdən əvvəl “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

Rəqibin heyətində oynayan erməni futbolçu Henrix Mxitaryanın Bakıdakı oyuna gətirilməməsi məsələsinə toxunan Q.Qurbanov rəqibin düzgün addım atdığını deyib.

Futbolu siyasətə qarışdırmağın əleyhinə olduğunu deyən “Qarabağın” çalışdırıcısı, bəzən bunsuz mümkün olmadığını deyib.

O qeyd ed ib ki, belə hallarda klub öz futbolçusunu qoruyub saxlamaq istəyir və əlavə söz-söhbət ətrafında düşünmək istəmir.

“Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib. Ola bilər ki, emosiolarını saxlaya bilməsinlər. Eyni anda 10-15 nəfər təzyiq edirsə, bu, hamının etirazı deməkdir. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdır. Onun oyundan qorxmağa yox, digər məsələyə görə”.

Meydan TV oktyabrın 2-də Henrix Mxitaryanın Bakıya gəlməsi məsələsinin 2019-cu ilin mayında bir daha aktuallaşa biləcəyi barədə material

hazırlayıb.

Avropa Liqasının finalı Bakıda keçiriləcək və “Arsenal” klubu finala vəsiqə qazanmaq şansı olan 3-4 klubdan biri sayılır.

Ana səhifəXəbərlərQurban Qurbanov: ”Arsenal” Mxitaryan məsələsində düzgün addım atdı