Qurban bayramı qeyd olunur

Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir

Source:

Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Həmin gün miladi təqvimilə sentyabrın 1-nə təsadüf edir.

İnanca görə, bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahimin adı ilə bağlı bu gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir.

Bayram münasibətilə rayonlarda, eləcə də Bakının müxtəlif nöqtələrində qurbanlıq qoyunların satışı başlayıb. Ətlik üçün satılan digər qoyunlardan fərqlənməsi üçün bu heyvanların üzəri nişanlanıb. Hətta müxtəlif yerlərdə qırmızı lentlə bəzədilmiş qoyunlara da rast gəlinir. Bu qoyunları adətən nişanlı qızların evlərinə də bayram payı kimi aparırlar.

Ana səhifəFotoreportajQurban bayramı qeyd olunur