Qubad İbadoğlu: Yeganə dəyişiklik odur ki, hakimiyyət içərisində hakimiyyət qurulur

Korrupsiya yenə də qərarların qəbulunda əsas rol oynayır və davranışları korlayır

Source:


“Gedən d,ə gələn də eyni siyasi mənsubiyyətə malik olanlardır”

“Azərbaycanın hakimiyyətində baş verən kadr dəyişiklikləri islahat deyil”. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bu qənaətdədir.

Hərəkat sədri

Samir Nuriyev

in Prezident Adminstrasiyasına rəhbər təyinatından sonra aktuallaşan islahat mövzusuna münasibət bildirərkən deyib ki, müntəzəm kadr dəyişikliklərinin baş verdiyi sivil ölkələrdə belə hallar idarəetmədə təmsilçilik baxımından diqqətə gətirilir, siyasi qüvvələr arasından balansa təsir müstəvisində qiymətləndirilir. Azərbaycanda hakim siyasi qüvvənin bütün sahələrdə dominatlığı belə bir dəyərləndirməni mənasız edir, çünki, gedən də, gələn də eyni siyasi mənsubiyyətə malik olanlardır.

Bəs dəyişən nədir? Qubad İbadoğlunun fikrincə, yeganə dəyişiklik odur ki, hakimiyyət içərisində hakimiyyət qurulur:

“Eyni siyasi mənsubiyyətə malik, lakin müxtəlif daxili qüvvələrə xidmət edənlər arasında tarazlıq bir qrupun xeyrinə pozulur. Bu zaman yaş amili, xaricdə təhsil və digər göstəricilər önə çəkilməklə aparılan təbliğat da bütövlükdə dövlətin deyil, hakimiyyət içərisində hakimiyyətini möhkəmlədən qrupun üstünlüklərinin təqdimatına xidmət edir”.

İqtisadşı öz “Facebook” hesabında yazır ki, birmənalı şəkildə baş verənləri islahat adlandrmaq olmaz:

“Ən yaxşı halda baş verənləri kadr yerdəyişiklikləri (dəyişiklikləri də yox) və idarəedici institutların fərdi maraqlar əsasında təmərküzləşməsi adlandırmaq mümkündür.

Bəs islahat nədir? İslahat düzgün olmayan, korrupsiyalaşmış, xalqı təmin etməyən sistemin dəyişməsi və ya düzəldilməsidir.

İslahat davranışların dəyişməsi, hüquqların genişləndirilməsi, haqların qorunmasının təkmil sisteminin formalaşması, hesabatlılığın və şəffaflığın artması, qərarların qəbulunda ictimai iştirakçılığın genişləndirilməsidir”.


Bəs Azərbaycanda bunlar baş verirmi?

“Azərbaycan korrupsiya reytinqində son 1 ildə 30 pillə geriləyərək, dünyanın ən çox korrupsiyalaşmış 122-ci ölkəsindən 152-ci olub; Azərbaycan "Biznesin gedişi" reytinqində ötənilki mövqeyindən 9 pillə geriləyərək, 34-cü yerdə qərarlaşıb; Azərbaycan iqtisadi artım tempinə görə MDB-nin əksər dövlətləri ilə müqayisədə geri qalır, autsayderlər siyahısındadır; Azərbaycanda ÜDM-də qeyri-neft sektorunun gözlənilən payi (65,8 faiz) ilə büdcədə qeyri-resurs gəlirlərinin xüsusi çəkisi (43 faiz) arasında mütənasiblik yoxdur; Bu ilin 8 ayında qeyri-neft ixracatı 1 milyard 277 milyon 400 min dollar təşkil edib ki, bu da, o deməkdir ki, orta aylıq ixrac 160 milyon dollara belə çatmır”.

Davranışlara, şəffaflığa və hesabatlılığa gəlincə, iqtisadçı bunları da təsnifatlaşdırıb:

“Korrupsiya yenə də qərarların qəbulunda əsas rol oynayır və davranışları korlayır. Məsələn, regionlardan gələn məlumata görə, bir tərəfdən özünüməşğuluq proqramında sosial müfəttişlərin qiymətini şişirdib, ev təsərrüfatlarına "sırıyır", digər tərəfdən də ailələr aldığı mal-qaranı sonradan satıb, əldə etdikləri vəsaiti ya istehlaka xərcləyir, ya da həmin pulu da götürüb ölkəni tərk edirlər. İkincisi, son kadr dəyişikliklərində nepotizmi (qohumluq) yenə də başlıca meyarlardan birinə çevrilib. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinin kürəkəni Yevlax şəhərinə icra başçısı təyin olunub. Baş nazir təyinatında hakim ailəyə yaxınlıq əsas rol oynayıb. Ölkədə insanların haqları daha kütləvi və kobud şəkildə pozulur, əhalinin Bakı şəhərinin mərkəzi rayonlarının hüduqlarında sərbəst toplaşma azadlığı təmin olunmur, məhkəmələr yenə sifarişlər əsasında siyasi həbslər həyata keçirir. İnhisarçı şirkətlərin diktə etdiyi qiymət bahalaşması sosial sahədə aparılan də tədbirlərin təsirini azaldır, yaşam şərtləri getdikcə pisləşir, yoxsulluq və işsizlik artır, ölkədən əmək miqrasiyası çoxalır. Dövlətin sahib olduğu və ictimaiyyətə açıqlanması qanunda nəzərdə tutulan informasiyalara çıxış imkanları məhdudlaşır. Məsələn, ARDNF, Təhsil Nazirliyi, "Azərsu", "Azərbaycan Dəmir Yolları" neft pullarının xərclənməsi ilə bağlı ünvanladığım informasiya sorğularının heç birinə cavab vermir. Halbuki, "islahat"lar başlamamışdan əvvəl xüsusilə də ARDNF-dən informasiya almaq sahəsində heç vaxt problemlə üzləşməmişdik. Büdcənin parlament müzakirəsi gekicdirilir, nə parlament, nə də hökumət büdcə dinləmələri keçirmir, ən azı 5 milyard manat olan investisiya büdcəsinin nə funksional, nə iqtisadi və nə də inzibati təsnifatı aparılmır və açırlanmır”.

Qubad İbadoğlu hesab edir ki, islahatların nəticəsi mütləq insanların həyatının keyfiyyətində hiss olunmalıdır.

Ana səhifəSiyasətQubad İbadoğlu: Yeganə dəyişiklik odur ki, hakimiyyət içərisində hakimiyyət qurulur