Qorxunu dəf edən ziyarətgah - Çıldaq

Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir

Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir

Bakı kəndlərinin hər birinin özünəməxsusluğu və özəlliyi var. Nardaranın qonşuluğunda yerləşən Maştağa dinə o qədər də aludə kənd deyil. Bu kənddə ən məşhur yerlərdən biri "Çıldaq"dır. Buranı adatən diksinənlər, qorxanlar, müxtəlif xəstəlikləri olanlar gəlib ziyarət edir. İnanclara görə, qorxudan psixoloji travma alan insanlar çıldaq olunduqdan sonra sağalırlar. Buranı müəyyən nahiyələrində ağrıları olanlar da ziyarət edir. Hər birinin də müalicə üsulu fərqlidir.

Maştağa meyxanaçıların da məskənidir. Hətta ölkənin ən tanınmış meyxanaçılarından olan Ağasəlim də özünə Çildaq ləqəbini götürüb.

"Çıldaq" kimi tanınan ziyarətgahda kişi və qadınlar üçün ayrıca otaqlar var.

İnsan bədənindən qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədədnin müəyyən nöqtələrinə vururlar. Çildaqçıların dediklərinə görə, insan bədəninin müəyyən nayihələrində nöqtələr var ki, qan qatılaşıb qalır. "Od damğa"sı vurduqda isə həmin nöqtədə qan stabilləşməyə başlayır və insan özünü əvvəlkindən daha da gümrah hiss edir.

Bu ocağı ziyarət edənlərin sayı-hesabı yoxdur. Hətta gecələr də gəlib çildaq edənlər olur.

Ocağın birinci mərtəbəsində xüsusi bir otaq var ki, yayda sərin, qışda isə isti olur. Müəyyən xəstəlikləri olan adamların burada yataraq şəfa tapdığı deyilir.

Çildaq edənlərin sözlərinə görə, şəfa tapmağın əsas şərtlərindən biri də inamın olmasıdır.

Maştağanın ara küçələri ilə

Maştağanın ara küçələri ilə

Buraya əsasən sürücülər, müəyyən nahiyələrində ağrıları olanlar gəlir

Buraya əsasən sürücülər, müəyyən nahiyələrində ağrıları olanlar gəlir

İnsandan qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədənin müəyyən nöqtələrinə vururlar

İnsandan qorxunu çıxartmaq üçün kətan parçanı yandıraraq bədənin müəyyən nöqtələrinə vururlar

Yandırılmış kətan,  baş, boyun, alın, bel, sinə, topuqlara vurulur

Yandırılmış kətan, baş, boyun, alın, bel, sinə, topuqlara vurulur

Evin birinci mərtəbəsinə gedən yol

Evin birinci mərtəbəsinə gedən yol

Çıldağın alt mərtəbəsində xüsusi bir otaq var ki, xəstəliyi olanlar bu otağa girib, gecəni burada keçirərək şəfa tapırlar

Çıldağın alt mərtəbəsində xüsusi bir otaq var ki, xəstəliyi olanlar bu otağa girib, gecəni burada keçirərək şəfa tapırlar

Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir

Ürəyində hər hansı bir istəyi olan varsa, divardakı iplərə baxlayaraq niyyət edir

Tək qorxu üçün deyil, müxtəlif xəstəlikləri olanlar da bu ocağı ziyarət edirlər

Tək qorxu üçün deyil, müxtəlif xəstəlikləri olanlar da bu ocağı ziyarət edirlər

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j6zs4a

Ən çox baxılan