”Qoroskop” qəzetinin satış müdiri qəzada öldü (yenilənib)

Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırma aparılır

Source:
Eldar Fərəcov
Eldar Fərəcov


15.26. Eldar Fərəcov avtobusla vurulandan sonra soyğunçuluğa məruz qalıb. Onun üstündə olan 470 manat və telefon naməlum şəxs tərəfindən götürülüb.


Bu barədə baş redaktor Səbuhi Rəhimli Meydan TV-yə məlumat verib: “Dünən saat 7-də Eldar Fərəcov mənə zəng edib dedi ki, mətbəəyə borcumuzu düzəldib, 470 manat, aparıb verəcək. Ondan sonra onun telefonundan bir nəfərə zəng edib kim olduğumu soruşdu, düşündüm ki, telefonu itirib. Həmin adama dedim ki, telefon filankəsindir, özünə çatdırın. O da yaxşı deyib, telefonu söndürdü. Cənazəni morqdan gətirəndə


 məlum oldu ki, 470 manat pul və telefonu götürülüb. Nömrəsinə zəng edirik, bağlıdır. Güman ki, “Azercell” və hüquq-mühafizə orqanları bu olayı araşdırsa, müəyyən məsələlərə işıq salına bilər”.


Avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırma aparılır

Dekabrın 21-də Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusu “Qoroskop” qəzetində satış müdiri Eldar Fərəcovu vuraraq öldürüb.

Məlumatı Meydan TV-yə qəzetin baş redaktoru Səbuhi Rəhimli verib.

Baş redaktor bildirib ki, Eldar Fərəcovla dünən axşam telefonla danışıb, səhər yenidən əlaqə saxlayanda mərhumun evlərindən ağlama səsi eşidib: “Eldar işdən evə qayıdarkən yolu keçəndə avtobus onu vurub, yerindəcə keçinib”.

Report.az xəbər verir ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırma aparılır.

Səbuhi Rəhimov bildirib ki, Eldar Fərəcovla 2001-ci ildən bir yerdə işləyiblər. Ondan əvvəl isə “Ədalət” qəzetinin satış müdiri olub.

Ana səhifəXəbərlər”Qoroskop” qəzetinin satış müdiri qəzada öldü (yenilənib)