“Qlobal peyvəndlənmə səviyyəsinin yüksəlməsi neftə tələbin artmasına təsir göstərir”

Vüqar Bayramova görə, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin, eləcə də Azərbaycanın valyuta da gəlirlərini artırır:

Source: Foto: Meydan TV


Vüqar Bayramov: “Azərbaycan neft ixracatı həcmini azaltsa da, satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb”

Azərbaycan neftinin qiyməti hər barelə 0,19 ABŞ dolları edib. Bu, 0,26 faiz azalma deməkdir.

Beləliklə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 72,48 ABŞ dolları olub.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Elə ona görə də 1 barel brent markalı neftin qiyməti 72 dollardan baha satılır:

“Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq, “qara qızıl” dəyər qazanmaqdadır”.

İqtisadçı deyir ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür. Məsələn, Çin ötən ay gündəlik 10.5 milyon barel neft idxal edib. Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur:

“Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır. Eyni zamanda, qlobal peyvəndlənmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərir”.

“Bloomberg” agentliyinin məlumatına görə, dünyada 5.56 milyard dollar peyvənd dozası istifadə edilib. Dünyada gündəlik 37.3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36.2 faizinin vaksinasiya olunduğu bildirilir.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramova görə, neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin, eləcə də Azərbaycanın valyuta da gəlirlərini artırır:

“Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da, satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edilib. Xam neft ixracının həcmi 11,7 faiz azalsa da, əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6 faiz artıb. Üstəlik, Azərbaycan gündəlik xam neft hasilatını gələn aydan daha 7 min barel artıraraq, 640 min barelə çatdıracaq”.

İqtisadçı deyir ki, Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər:

“2014-cü ildəki Qlobal Neft şoku da məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır”.

"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ana səhifəİqtisadiyyat“Qlobal peyvəndlənmə səviyyəsinin yüksəlməsi neftə tələbin artmasına təsir göstərir”