Sooranbay Jeenbekov i

Mənbə: Xarici media

Başlıq: Sooranbay Jeenbekov i

Qırğızıstan Prezidenti: Tarixdə xalqının qanını tökən prezident kimi qalmaq istəmirəm

Sooranbay Jeenbekov istefa verdi

Qırğızıstan Prezidenti Sooranbay Jeenbekov istefa verib. O, kütləvi aksiyalar fonunda bu qərarı verdiyini əlavə edib.

“Mən tarixdə öz xalqına atəş açan və qanını tökən prezident kimi qalmaq istəmirəm. Qırğızıstanın bütövlüyü, xalqın birliyi və cəmiyyətimizin sabitliyi mənim üçün hər şeydən öndədir”, - deyə Jeenbekov deyib.

Ölkədə 4 oktyabrda baş tutan parlament seçkilərindən sonra kütləvi iğtişaşlar baş verib. Müxalifət partiyaları seçkilərin qanun pozuntusu ilə keçirildiyini iddia ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pw37mc

Ən çox baxılan