Qırğız eks-prezidenti Atambayev DİN-in çağırışına məhəl qoymayıb

Qırğızıstan qanununa görə iki dəfə çağırışa məhəl qoymayan şəxs dindirilməyə zorla aparıla bilər.

Source: google.az


Atambayev ona qarşı qoyulan bütün ittihamları rədd edib

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev Bişkekdə açılmış qeyri-müəyyən cinayət işinə görə Daxili İşlər Nazirliyinin çağırışına getməyib.

Daxili İşlər Nazirliyinin rəsmiləri çağırış vərəqəsini iyulun 8-də gecə Bişkək yaxınlığında yerləşən Koi-Tash kəndində Atambayevin iqamətgahına çatırıblar.

O, iyulun 9-da cinayət işi üzrə "şahid olaraq" dindirilməyə çağırılıb, lakin iş üzrə təfərrüatlar açıqlanmayıb.

Atambayev 2011-2017-ci illər arasında prezident olarkən korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni zənginləşmə də daxil olmaqla beş vəzifə pozuntusuna görə ittiham edilir.

Atambayev ona qarşı qoyulan bütün ittihamları rədd edib və onların siyasi motivli olduğunu söyləyib.

Çağırış vərəqəsinu qəbul etdikdən sonra Atambayev iqamətgahının yanında gözləyən onlarla dəstəkçisinə Daxili İşlər Nazirliyinə hesabat verməyəcəyini bildirib və əlavə edib ki, "hakimiyyət əvvəlcə qanunsuz qərarlarını düzəltməlidir”.

Qırğızıstan qanununa görə iki dəfə çağırışa məhəl qoymayan şəxs dindirilməyə zorla aparıla bilər.

9 iyulda Azadlıq Radiosuna müsahibəsində Atambayevin vəkili Sergey Slesarev təsdiq edib ki, nə özü, nə də Atambayev dindirilməyə gedəcək.

Slesarev əlavə edib ki, iyunun 27-də Atambayevin cinayət təqibi ilə əlaqədar toxunulmazlığının əlindən alınması qeyri-qanunidir.

Slesarevin sözlərinə görə, mayda keçmiş prezidentlərin toxunulmazlığı haqqında qanuna edilən dəyişikliklər konstitusiyaya ziddir.

Qırğız millət vəkilləri Atambayevin toxunulmazlığının əlindən alınması üçün qanunun lehinə səs veriblər.

Atambayev iyunun 27-dəki səsvermədən etibarən zamanının çoxunu Koi-Taşdakı iqamətgahında keçirir. O, açıq şəkildə silaha sahib olduğunu ifadə edib.

İyulun 3-də Atambayev iqamətgahını Bişkekdəki nümayişdə çıxış etmək üçün tərk edib. Onun tərəfdarlarının təxminən mini ona qarşı qoyulmuş ittihamların ləğv edilməsini tələb edib.

Ana səhifəDünyaQırğız eks-prezidenti Atambayev DİN-in çağırışına məhəl qoymayıb