“QHT-lərin problemlərinin həlli uzun çəkməz”

Azay Quliyev: “Mövcud durum QHT-lər üçün bir mərhələdir, bu dövrü səbirlə keçmək lazımdır”

Source:

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin hazırda bank sektoru ilə yaşadığı problemlər üzərində çalışır. Bunu “Media forum” saytına şuranın sədri, deputat Azay Quliyev deyib.

Azay Quliyevinsözlərinə görə, QHT-lərin qarşılaşdığı problemlərin həlli ilə bağlı bir neçə istiqamətdə iş gedir: “Müəyyən prosedur qaydalar, texniki mərhələlər var ki, onlara aydınlıq gətirilməlidir. Bəzi məqamlar yenidən işlənməlidir. Hər bir halda mövcud durum QHT-lər üçün bir mərhələdir, məncə, bu dövrü səbirlə keçmək lazımdır. Problemlərin həlli yəqin ki, çox uzun çəkməz”.

Son aylar QHT-lərin Ədliyyə Nazirliyinə təqdim etdiyi qrant müqavilələrinin qeydiyyatı düyünə düşüb. Müqavilənin qeydiyyata alınması haqqında bildirişin verilməməsi bank əməliyyatlarının aparılmasını mümkünsüz edir. Hazırda 20-dən çox QHT-nin fəaliyyəti bu səbəbdən iflic olub.

Qrant müqavilələrinin qeydiyyata alınması üçün hazırlanan yeni qaydalara gəlincə, Azay Quliyev deyib ki, yeni qaydalar üzərində də iş gedir: “Hələ ki, bunun təfərrüatı barədə açıqlama vermək istəmirik. Çünki təkliflər planı üzərində bir neçə müvafiq qurumla birgə işləyirik”.

İyulun 24-də prezident İlham Əliyev qrant müqavilələrinə dair yeni fərman imzalayıb. Fərman “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” 12 fevral 2004-cü il tarixli prezident fərmanının ləğvini nəzərdə tutur.

Qrant müqavilələrinin qeydiyyata alınması qaydaları 2014-cü il noyabrın 1-dən ləğv edilir. Nazirlər Kabineti bu müddətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarını müəyyən edib prezidentə məlumat verməlidir.

Ana səhifəXəbərlər“QHT-lərin problemlərinin həlli uzun çəkməz”