Qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin “qara qutu”su tapılıb

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Source: Foto: Müdafiə Nazirliyi


“Qara qutu"nun texniki vəziyyəti öyrənilir”

Təlim uçuşu zamanı radarlardan itib, qəzayha uğrayan MİQ-29 hərbi təyyarəsinin qara qutusu tapılıb. Bu barədə bazar ertəsi

Müdafiə Nazirliyi

məlumat yayıb.

Nazirlik bildirib ki, “qara qutu” artıq dənizdən çıxarılıb.

“Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir. Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir”, – məlumatda deyilir.


Hadisə

iyulun 24-də ba verib. Polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi “MİQ-29” təyyarəsi radarlardan itib.

Təyyarənin axtarışlarına Türkiyədən dəvət olunan ekspertlər də cəlb edilib. Onların səyi nəticəsində təyyarənin bir neçə qalığı tapılaraq, dənizdən çıxarılıb.

Ana səhifəXəbərlərQəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin “qara qutu”su tapılıb