‘Qazi anası kimi tələb edirəm, yaralı balamı döyən polislər cəzalandırılsın”

“Şəkillər də sübut edir ki, ona işgəncə veriblər”

Source: Meydan.TV

Qazax sakini Qarabağ qazisi olan oğlunun Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığını deyir

Qazax rayonunun Bala Cəfərli kəndində yaşayan Gülsüm Quliyeva Qarabağ qazisi olan oğlunun polis zorakılığına məruz qaldığını deyir. Ana bildirir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının oğlu Babəkə verdiyi işgəncənin izləri uzun müddət üzündə və bədənində qalıb.


"Qaynımın uşaqları onu iki ay ayaqyoluna qolları üstündə aparıb-gətiriblər"

Gülsüm Quliyeva Meydan TV-yə danışır ki, 1989-cu il təvəllüdlü oğlu Babək Quliyev 9 ildir hərbçidir. O, 2020-ci ildə 44 günlük müharibə dövründə ayağından yaralanıb. Bir neçə ay çəkən müalicədən sonra yenidən hərbiyə qayıdıb: "Xəstəxanada o qədər yaralı vardı, onu yerdə uzatmışdılar. Qaynımın uşaqları uzun müddət evdə onu ayaqyoluna qollarının üstündə aparıb-gətirdi. Mən iki ay nə zülm çəkmişəm, göydə Allah, yerdə mən bilirəm…"

PHOTO-2021-09-30-12-59-55.jpg
Babək Quliyevin sonuncu xidmət yeri Kəlbəcər olub

Babək Quliyevin sonuncu xidmət yeri Kəlbəcər olub. İyulun 18-də xidmət yerindən ona üç günlük evə getməyə icazə verilib. Amma evə gəlib çıxmayıb, həmin gündən narkotik ittihamıyla həbsdədir. Hadisənin təfərrüatlarını anası belə danışır:

"Oğlum 31 gün idi ki, Kəlbəcərdə Qaragöl deyilən yerdə xidmətdə idi, ermənilərlə üzbəüz yerdir. İyulun 18-də oğlum evə gələndə taksiyə minib ki, Qazaxa gəlsin. Ağstafaya çatanda Tovuzdan bir qadın ona zəng eləyib ki, mən də Qazaxa gedirəm, gəl, məni də götür. O qadın nə münasibətləri olub, deyə bilmərəm. Taksini qadının yaşadığı yerə sürdürüb ki, onu da götürsün. Əvvəlcədən tapşırıb ki, maşın məhəllələrinə çatanda işıqları göndürsün, atası evdədi. Taksi sürücüsünü də tapıb danışdırmışam. Deyir ki, biz ora çatanda işıqları söndürdük, dərhal bir neçə nəfər maşının üstünə hücum edib, bizi sürüyə-sürüyə düşürtdülər. Onları öz maşınlarına mindirib, Tovuz Rayon Polis Şöbəsinə gətiriblər. Taksi sürücüsünü də döyüblər, amma bir gün sonra onu buraxıblar. Oğlumun qarşısına narkotik qoyublar ki, bu sənindir…"

babek.jpg
“Oğlumun qarşısına narkotik qoyublar ki, bu sənindir…”


"Şəkillər də sübut edir ki, oğluma işgəncə veriblər"

Gülsüm Quliyeva ehtimal edir ki, oğlunu Tovuza çağıran qadın polislərlə əlbir olub. Ananın sözlərinə görə, Babək Quliyevin narkotiklə bağlı etirafedici ifadəyə imza atması üçün onu polis şöbəsində döyüblər. Ailəsi bundan bir neçə gün sonra – vəkili Babəklə görüşəndə xəbər tutub. Gülsüm Quliyevanın əlində oğlunun polis şöbəsində olarkən çəkilmiş fotoları var. Fotolarda Babək Quliyevin sifətində və bədənində xəsarət izləri görünür: "Şəkilləri necə təkzib eləsinlər? Şəkillər də sübut edir ki, ona işgəncə veriblər. Ona görə indi deyirlər ki, guya o xəsarətlər tutulmamışdan əvvəl hərbidə yetirilib. Bu qədər yalan olar? Biz vəkil tutandan sonra bildik ki, oğlumu döyüblər. Oğlumla elə davranıblar ki, sanki Azərbaycanın sərvətini Ermənistana satıb. Bu adam 31 gün Kəlbəcərdə olub, narkotiki necə tapdı, necə satdı? Bilmirəm ki, nə oyundur qurublar. Oğlum narkomandırsa, 9 ildir hərbidə necə işləyir? 6 il xüsusi təyinatlıda xidmət edib, nə qədər mükafatları, fəxri fərmanları var. Necə oldu, indi bu adam narkoman oldu? Heç bu məsələnin də üstünə getmirəm, ümid eləyirəm ki, istintaqdakılar vicdanla baxıb araşdırar, qanuna, canını bu ölkənin uğrunda qoyana hörmət edərlər. Mənim istədiyim odur ki, şöbədə oğlumu döyən 5 nəfər qanun qarşısında da, Allah qarşısında da cəzalansın. Mənim oğlumu niyə o günə salıblar? Bir anlıq qəbul edək ki, narkomandır. Narkomanı vəhşi kimi döymək olar? Narkomandırsa da, hərbidə olub. Müharibədən əvvəl də evə buraxmırdılar, qoymurdular ki, gəlib ailəsilə görüşsün, iki körpə qızını görsün. Bu adam iyulun 18-də evə buraxılanda nə qədər buraxılış məntəqəsindən keçib gəlib. Necə gətirdi narkotiki? Qazi anası kimi tələbim budur ki, yaralı balamı döyən polislər cəzalandırılsın…"

babeekk.jpg
Gülsüm Quliyeva ehtimal edir ki, oğlunu Tovuza çağıran qadın polislərlə əlbir olub.

"Şəkillər də sübut edir ki, oğluma işgəncə veriblər"

Gülsüm Quliyeva ehtimal edir ki, oğlunu Tovuza çağıran qadın polislərlə əlbir olub. Ananın sözlərinə görə, Babək Quliyevin narkotiklə bağlı etirafedici ifadəyə imza atması üçün onu polis şöbəsində döyüblər. Ailəsi bundan bir neçə gün sonra – vəkili Babəklə görüşəndə xəbər tutub. Gülsüm Quliyevanın əlində oğlunun polis şöbəsində olarkən çəkilmiş fotoları var. Fotolarda Babək Quliyevin sifətində və bədənində xəsarət izləri görünür:

"Şəkilləri necə təkzib eləsinlər? Şəkillər də sübut edir ki, ona işgəncə veriblər. Ona görə indi deyirlər ki, guya o xəsarətlər tutulmamışdan əvvəl hərbidə yetirilib. Bu qədər yalan olar? Biz vəkil tutandan sonra bildik ki, oğlumu döyüblər. Oğlumla elə davranıblar ki, sanki Azərbaycanın sərvətini Ermənistana satıb. Bu adam 31 gün Kəlbəcərdə olub, narkotiki necə tapdı, necə satdı? Bilmirəm ki, nə oyundur qurublar. Oğlum narkomandırsa, 9 ildir hərbidə necə işləyir? 6 il xüsusi təyinatlıda xidmət edib, nə qədər mükafatları, fəxri fərmanları var. Necə oldu, indi bu adam narkoman oldu? Heç bu məsələnin də üstünə getmirəm, ümid eləyirəm ki, istintaqdakılar vicdanla baxıb araşdırar, qanuna, canını bu ölkənin uğrunda qoyana hörmət edərlər. Mənim istədiyim odur ki, şöbədə oğlumu döyən 5 nəfər qanun qarşısında da, Allah qarşısında da cəzalansın. Mənim oğlumu niyə o günə salıblar? Bir anlıq qəbul edək ki, narkomandır. Narkomanı vəhşi kimi döymək olar? Narkomandırsa da, hərbidə olub. Müharibədən əvvəl də evə buraxmırdılar, qoymurdular ki, gəlib ailəsilə görüşsün, iki körpə qızını görsün. Bu adam iyulun 18-də evə buraxılanda nə qədər buraxılış məntəqəsindən keçib gəlib. Necə gətirdi narkotiki? Qazi anası kimi tələbim budur ki, yaralı balamı döyən polislər cəzalandırılsın…"


Prokurorluq və Daxili İşlər Nazirliyinin cavabı

Gülsüm Quliyeva polislərin cəzalandırılmasından ötrü Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət məktubları göndərib.

Baş Prokurorluğa ünvanlanan məktuba cavab gəlib ki, şikayət araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna göndərilib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov isə cavab məktubunda yazıb ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətə yol verilməsi faktı təsdiqini tapmayıb.

PHOTO-2021-09-30-12-59-58.jpg
Arzu Daşdəmirovun cavab məktubu
PHOTO-2021-09-30-12-59-58 (1).jpg
Toğrul Əhmədovun Elçin Qəhrəmanova məktubu
PHOTO-2021-09-30-12-59-56.jpg
Babək Quliyev
Ana səhifəBölgə‘Qazi anası kimi tələb edirəm, yaralı balamı döyən polislər cəzalandırılsın”