Qazax rayonu

Mənbə: arxiv

Başlıq: Qazax rayonu

Qazax sakini: Torpağımızdan istifadə edə bilmirik

“Bələdiyyə hər vasitə ilə buna mane olur”

Qazax rayonunun Canallı kənd sakini Çingiz Xəlilov oğlu Kənan Xəlilov və bacısı Tahirə Xəlilovaya məxsus torpaq sahəsindən istifadə edə bilmədiklərindən şikayətlənib.

Çingiz Xəlilov Meydan TV-yə bildirib ki, 2014-cü ildə oğlu Kənan 6 sot, bacısı Tahirə isə 8 sot torpaq sahəsi alıb. Bələdiyyə və digər yerli orqanların iştirakı ilə müqavilə bağlanılıb. Lakin 7 ildir torpaqda əkin apara bilmir.

“Bələdiyyə torpağa gedən yolu satıb. Bizim özümüzə təklif etdilər ki, 6 min manat verib ərazini biz alaq, dedilər çıxış yolunuz budur. Yəni bələdiyyə öz yolumuzu özümüzə satır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etdik. Müraciətimizə göndəriln cavabda bildirilib ki, barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr qeydiyyat üçün əsasdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan mirzçəkmə və inventarlaşma işləri apararkən müəyyən edilib ki, giriş-çıxış yolu bağlıdır. Bizə bələdiyyəyə müraciət etməyimiz məsləhət görülüb”, -şikayətçi bildirib.

Çingiz Xəlilov söyləyib ki, Qazax Rayon İcra Hakimiyyətinə, Baş Prokurorluğa müraciət edib. Çünki qanuna görə əkin-biçin üçün yararlı torpaq boş saxlanıla bilməz:

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabı

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabı

Mənbə: Meydan TV

“Bizim kənddə ya mal-qara saxlamaqla, ya da təsərrüfatla dolanırıq. Neçə müddətdir torpaqda əkib-becərə bilmiik ki, biz də dolanaq. Bələdiyyə hər vasitə ilə buna mane olur. Müraciətimiz yenə bələdiyyənin üstünə qaytarılır”.

Qazax Rayon İcra Hakimiyyətindən kənd sakinin şikayəti ilə bağlı bələdiyyəyə müraciət etməyi məsləhət görüblər.

“Bələdiyyədən şikayətdirsə, özləri cavab verməlidirlər”,-icra hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı deyib.

Bələdiyyə sədri Babək Şahmalıyev isə telefon zənglərinə cavab verməyib.

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabı

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin cavabı

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8p84sc

Ən çox baxılan