“Qarşıma məqsəd qoydum ki, uşaqları qoruyum”

“Qarşıma məqsəd qoydum ki, uşaqları qoruyum”

Sabunçu rayonunun Suraxanı qəsəbəsində yaşayan Xalid Musayevin qardaşı 1992-ci ildə Qarabağ müharibəsində həlak olub. Bundan sonra o, maşın yağları satmaqla ailəsini dolandırıb. 1997-ci ildən isə könüllü olaraq uşaqlara yol hərəkəti qaydalarını öyrətməyə başlayıb. Onu “canlı işıqfor” adlandırırlar.

“Canlı işıqfor” gün ərzində piyada keçidindən 150 uşaq keçirir. Deyir ki, o gələnə qədər bu yoldakı qəzalarda 17 uşaq ölüb.

Xalid Musayev istəyir ki, ona dərs keçmək üçün daha geniş məkan verilsin. Bu barədə prezidentə də məktub yazıb.

“Canlı işıqfor” evdən çıxa bilməyən yaşlı təqaüdçülərə də yardım edir. Hər ay təmənnasız şəkildə onların pensiya kartlarından pulu çıxarıb özlərinə gətirir.

Ana səhifəVideo“Qarşıma məqsəd qoydum ki, uşaqları qoruyum”