Qarabağlı ermənilər Paşinyanı dəstəklədiyi üçün Arutyunyanın istefasını tələb ediblər

Stepanakertdə (Xankəndi) Araik Arutyunyanın Dağlıq Qarabağın “prezidenti” vəzifəsindən uzaqlaşdırılması tələbi ilə mitinq keçirilib

Source: Reuters

Məqalə

"Kavkazski uzel"

saytında dərc olunub.

Stepanakertdə (Xankəndi) Araik Arutyunyanın Dağlıq Qarabağın “prezidenti” vəzifəsindən uzaqlaşdırılması tələbi ilə mitinq keçirilib. Aksiya iştirakçıları Arutyunyanın Nikol Paşinyanı dəstəkləməsindən və Ermənistanın baş nazirinin seçkilərdə qələbə çalması münasibəti ilə təbrik etməsindən narazıdırlar.

“Kavkazski uzel”in yazdığı kimi, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-si baş tutub. İlkin məlumatlara görə, səslərin yarısından çoxunu (53,92%) Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası tutub. Parlamentə həmçinin ölkənin ikinci prezidenti Robert Köçəryanın “Ayastan” (Ermənistan) bloku və üçüncü prezident Serj Sarkisyanın və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanın “Şərəf duyuram” bloku keçid alıb.

Xankəndidə Araik Harutunyanın əleyhinə etiraz aksiyası olub

Araik Arutyunyanın Dağlıq Qarabağın “prezidenti” vəzifəsindən uzaqlaşdırılması tələbi irəli sürülən mitinq axşam saatlarında İntibah meydanında keçib. Aksiyaya səbəb “Facebook”da dərc edilən məlumat olub. Belə ki, həmin məlumatda Dağlıq Qarabağın “prezidenti”nin Ermənistanda keçirilən seçkilər zamanı Paşinyanın qərargahında olduğu və onu qələbə münasibəti ilə təbrik etdiyi deyilir.

Mitinq yerli vaxtla təxminən 19.30-da başlayıb və demək olar ki, iki saat davam edib.

“Arutyunyanın istefası tələbini daha əvvəl, Ermənistanda seçkilər baş tutanadək səsləndirmək lazım idi. Heç olmasa ona görə ki, o, Vətəndaş Müqaviləsi Partiyasının tərəfdarıdır. Biz Paşinyanı xəyanətkar hesab edirik və əgər Arutyunyan bir prezident kimi Paşinyanı təbrik edibsə, belə çıxır ki, o, xalqın adından danışıb. Amma Arutyunyanın xalqın adından danışmağa haqqı yoxdur. Şəxsən mənim üçün o, prezident deyil”, – bugünkü mitinqin təşəbbüsçülərindən və təşkilatçılarından biri, fotorəssam David Kaqramanyan “Kavkazski uzel”in müxbirinə bəyan edib.

Onun fikrincə, qarabağlılar Paşinyanı dəstəkləmirlər, odur ki, Dağlıq Qarabağın “prezidenti” ona olan dəstəyini ifadə etməməli idi.

Fəal qeyd edib ki, mitinqə təkcə gənclər deyil, xeyli sayda yaşlı nəslin nümayəndələri də gəlib. Aksiyada hardasa 1500 adam iştirak edib.

“Mitinqin təşəbbüsçüləri aksiyaya bu qədər adamın yığışacağını gözləmirdilər”, – digər yerli fəal Tiqran Petrosyan qeyd edib. Onun qiymətləndirməsinə görə, mitinqə bir neçə min adam yığılıb.

“Arutyunyan xalqımıza etdiyi bütün pisliklərə görə cavab verməlidir. Biz əvvəlcə istefaya nail olacağıq, daha sonra bütün törədilən cinayətlərə görə cinayət işinin açılmasını tələb edəcəyik. Hər kəs cəzalandırılacaq və cavab verəcək”, – Petrosyan “Kavkazski uzel”in müxbirinə bəyan edib.

O həmçinin əlavə edib ki, Araik Arutyunyan Yerevandadır və Stepanakertə sabah, iyunun 22-də qayıdacaq, odur ki, Dağlıq Qarabağ “prezident”inin istefası ilə aksiyanın davamı sabah axşama planlaşdırılıb.

Bugünkü mitinqin iştirakçısı, Stepanakert (Xankəndi) sakini, 30 yaşlı Samvel D bugünkü aksiyanın bitməsinin əleyhinədir. “Arutyunyan istefa edənəcən meydanda dayanmaq lazımdır”, – o, “Kavkazski uzel”in müxbirinə bəyan edib.

Şəhər sakini Qayane Qukasyan “Kavkazski uzel” müxbirinə mitinqə könüllü gəldiyini söyləyib, çünki Araik Arutyunyanın “Paşinyanın əlaltısı kimi hakimiyyətdə qalmamalı olduğunu” düşünür. Qadın Robert Köçəryanın tərəfdarı olduğunu qeyd edib və hesab edir ki, erməni xalqının gələcəyi yalnız Köçəryan kimi rəhbərlə mümkündür.

Ana səhifəXəbərlərQarabağlı ermənilər Paşinyanı dəstəklədiyi üçün Arutyunyanın istefasını tələb ediblər