“Qarabağ”dan “qızıl dubl”

Foto: Report.az

Azərbaycan kubokunun qalibini penaltilər müəyyənləşdirdi

Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Həlledici matçda “Qarabağ”la “Zirə” komandaları üz-üzə gəlib. Qəbələdə keçirilən qarşılaşmada 90 dəqiqə ərzində qalib müəyyənləşmədiyindən, əlavə vaxt oynanılıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün kubokun sahibini “lotereya” – penaltilər seriyası müəyyənləşdirib. Penalti seriyasında daha dəqiq olan (4:3) “Qarabağ” kuboku qazanıb.

Foto: Peşəkar Futbol Liqasının (PFL) saytı

Ağdam təmsilçisi bu mövsüm Premyer Liqada çempion olduğundan, kuboku da muzeyinə aparmaqla, “qızıl dubl”a imza atıb.

“Qarabağ” qarşıdakı avrokubok mövsümündə Azərbaycanı UEFAı Çempionlar Liqasında təmsil edəcək. “Neftçi, “Zirə” və “Qəbələ” komandaları isə UEFA Konfrans Liqasında mübarizə aparacaq.

Ana səhifəXəbərlər“Qarabağ”dan “qızıl dubl”