Mənbə: Google

“Qarabağ” Kiprdə məğlub oldu

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Azərbaycan çempionu “Qarabağ” klubu Kiprdə yerli “APOEL” komandasına 1:2 hesabı ilə məğlub oldu.

Oyun Azərbaycan çempionu üçün yaxşı başladı. Artıq 10-cu dəqiqədə Dani Kintananın vurduğu künc zərbəsindən sonra Maksim Medvedev başla topu qapıya göndərdi.

Oyunun ikinci hissəsində “Qarabağ” futbolçularının üç ardıcıl real qol vəziyyəti yaratmasına baxmayaraq, ikinci qol kiprlilərin qapısından keçmədi. Meydan sahiblərinin qapıçısı hər üç vəziyyətdə komandasını xilas etdi. Bunun əvəzində “APOEL” 59-cu dəqiqədə Souza, 88-ci dəqiqədə Efremin dəqiq zərbələri ilə oyunu öz xeyrinə başa vura bildi.

Dörd turdan sonra qrupda birinci yerdə 12 xalla İspaniyanın “Sevilya” klubu qərarlaşıb. “Qarabağ” və “APOEL”in 4 xalları var. Lüksemburqun “Düdelanj” klubu 3 xalla sonuncu yerdədir.

“Pley-off” mərhələsinə düşmək üçün qrupda ən azı ikinci yeri tutmaq lazımdır. Son iki turda Azərbaycan çempionu “Düdelanj” və “Sevilya” klubları ilə görüşəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/tu4e4z

Ən çox baxılan