Zaur Tahirsoy

Mənbə: Meydan TV

Başlıq: Zaur Tahirsoy

Qarabağ haqqında yeni film çəkiləcək

Filmin adı “Sarı büıbül” mahnısından götürülüb: “Yox içində xarı bülbül”

Qarabağ mövzusunda yeni film çəkiləcək.

Rejissor Zaur Tahirsoy Meydan TV-yə bildirib ki, film ermənilərin Azərbaycana köçürülməsi, həmçinin Qarabağ xanı İbrahimin qızı Ağabəyim ağa haqqında olacaq.

On iki hissəli bədii film yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında ekranlaşdırılacaq.

Filmin adı Azərbaycanın xalq mahnısı “Sarı bülbül”dən götürülüb.

“Yox içində xarı bülbül” adlı tarixi filmdə baş rolları kino və teatr aktyorları - xalq artisti Pərviz Məmmədrzayev və əməkdar artist Vəfa Zeynalova oynayacaq:

“Ssenari üzərində işlər tam yekunlaşandan sonra çəkiləcək digər aktyorlarla da danışıqlar aparılacaq. Filmin çəkiliş məkanı ilə bağlı danışmaq hələ tezdir. Çox istərdik ki, Qarabağda, Şuşada kino pavilyonu qurulsun. Hazırkı vəziyyətə görə ola bilsin ki, Bakıda şəhərcik qurulsun və film burada çəkilsin”.

“Yox içində xarı bülbül” Azərbaycan Film Akademiyası tərəfindən ərsəyə gələcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2bk869

Ən çox baxılan