Mənbə: google

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində

Qrup ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində iştirak etmək haqqı qazanıb

Azərbaycanın "Qarabağ" futbol klubu bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavada Polşanın "Legiya" komandası ilə qarşılaşıb. Koronavirus pandemiyasına görə qarşılaşma azarkeşsiz keçirilib. Həm də, pandemiyaya görə bu mərhələdə görüşlər bir oyundan ibarət olub. Polşadakı oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Patrik Andrade, Abdullah Zubir və Filip Ozobiçin qolları Ağdam komandasını Avropa Liqasının qrup mərhələsinə daşıyıb. Bununla da, "Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsində iştirak etmək haqqı qazanıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri oktyabrın 2-də keçiriləcək püşkatma mərasimində bilinəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2m7lj9

Ən çox baxılan