“Qarabağ”-“Sivasspor”

Mənbə: Meydan TV

Başlıq: “Qarabağ”-“Sivasspor”

"Qarabağ" 4-cü oyunda da məğlub oldu

Ağdam təmsilçisi Türkiyə klubuna uduzdu

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Avropa Liqasının İ qrupunda yer alan “Qarabağ” klubu da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Türkiyənin “Sivasspor” klubuyla qarşılaşıb. "Başakşəhər Fatih Terim” stadionunda keçirilən oyun "Qarabağ"ın məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Sivasspor"a bu dəfə 2:3 hesabı ilə uduzub. "Qarabağ” Sivas təmsilçisinə ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdu.

Qrupun digər matçında “Vilyarreal” (İspaniya) səfərdə “Makkabi” (İsrail) ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Beləliklə, 4-cü turun oyunlarından sonra İ qrupunda 10 xalla "Vilyarreal" liderdir. "Qarabağ" isə 0 xalla sonuncu pillədə qərarlaşıb. Ağdam təmsilçisi Avropa Liqasında növbəti oyununu dekabrın 3-də "Makkabi"yə qarşı keçirəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/43xjyy

Ən çox baxılan