“Qarabağ” 4-cü oyunda da məğlub oldu

“Qarabağ” Sivas təmsilçisinə ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdu.

Source: Specify Source

Ağdam təmsilçisi Türkiyə klubuna uduzdu

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Avropa Liqasının İ qrupunda yer alan “Qarabağ” klubu da növbəti oyununa çıxıb. Ağdam təmsilçisi Türkiyənin “Sivasspor” klubuyla qarşılaşıb. "Başakşəhər Fatih Terim” stadionunda keçirilən oyun "Qarabağ"ın məğlubiyyəti ilə başa çatıb. Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Sivasspor"a bu dəfə 2:3 hesabı ilə uduzub. "Qarabağ” Sivas təmsilçisinə ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdu.

Qrupun digər matçında “Vilyarreal” (İspaniya) səfərdə “Makkabi” (İsrail) ilə üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Beləliklə, 4-cü turun oyunlarından sonra İ qrupunda 10 xalla "Vilyarreal" liderdir. "Qarabağ" isə 0 xalla sonuncu pillədə qərarlaşıb. Ağdam təmsilçisi Avropa Liqasında növbəti oyununu dekabrın 3-də "Makkabi"yə qarşı keçirəcək.

Ana səhifəSosial“Qarabağ” 4-cü oyunda da məğlub oldu