Qaçırılmış 27 əfqan fəal azad edilib

Taliban hadisəyə münasibət bildirməyib.

Source: Reuters


Taliban hadisəyə münasibət bildirməyib

Əfqanıstanın qərbində Taliban tərəfindən qaçırılan iyirmi yeddi sülh fəalı militanlar tərəfindən 45 saat tutulduqdan sonra sərbəst buraxılıb, – RFE/RL xəbər verir.

Dekabrın 26-da Xalqların Sülh Hərəkatının (PPM) fəalları zərər çəkmədən buraxılıb, – PPM sözcüsü Bismillah Watan Dost dekabrın 26-da deyib.

O, detallar haqda məlumat verməyib.

Taliban hadisəyə münasibət bildirməyib.

PPM və Farah rəsmiləri bildirib ki, fəallar Farah vilayətinin Bala Buluk rayonunda qonşu Herat əyalətindən çıxarkən qaçırılıb.

Farah polisi qaçırılanları izinə düşmək üçün səylərin davam etdiyini bildirmişdi. PPM üzvlərindən biri Farahdakı qəbilə ağsaqqallarının qaçırılan fəalları azad etmək üçün Talibanla danışıqlar aparmalı olduqlarını da deyib.

PPM-ə görə, fəallar barış mesajı yaymaq üçün ölkəni gəzərək, Əfqanıstandakı münaqişənin tərəflərini atəşkəs barədə razılığa gəlməyə çağırıblar.

Qrup deyib ki, bu, artıq dördüncü dəfədir ki, Taliban PPM fəallarını yürüş zamanı qaçırır.

Ən son hadisə iyun ayında baş vermişdi və Taliban 25 sülh fəalını ələ keçirmişdi. Bir neçə gün sonra isə onlar sərbəst buraxılmışdılar.

PPM fəalları keçən il Əfqanıstanda və Kabildə təşkil edilmiş sülh yürüşləri ilə beynəlxalq diqqəti cəlb edib.

Hərəkat hər zaman tərəfsiz olduğunu iddia edib və müharibə şəraitində olan ölkədə sülhün bərqərar olmasını müdafiə etdiyini bildirib.

Ana səhifəDünyaQaçırılmış 27 əfqan fəal azad edilib