Vladimir Putin

Mənbə: Ria novosti

Başlıq: Vladimir Putin

Putinin qızı koronavirus peyvəndini öz üzərində sınaqdan keçirib

Prezident deyib ki, qızının hərarəti yüksək olub

Rusiya prezidenti Vladimir Putinin qızı koronavirus peyvəndini öz üzərində sınaqdan keçirib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə Rusiyanın dövlət başçısı bildirib.

“Mənim qızlarımdan biri özünə bu peyvənddən etdirib. O, bu mənada təcrübədə iştirak edib”, - Putin COVID-19 əleyhinə ilk Rusiya peyvəndinin dövlət qeydiyyatına alınmasının elan olunduğu hökumət müşavirəsində söyləyib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, ilk peyvənddən sonra onun qızının hərarəti 38 dərəcə, “sonrakı gün isə 37 dərəcədən bir qədər yuxarı olub”.

Rusiyanın dövlət başçısı daha əvvəl koronavrus əleyhinə ilk peyvəndin qeydiyyata alındığını elan etmişdi. Putinin sözlərinə görə, Rusiya dünyada bu preparatı qeydiyyata alan ilk dövlətdir. Rusiyanın Səhiyyə naziri Mixail Muraşko peyvəndin yüksək effektivliyə və təhlükəsizliyə malik olduğunu bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/yheqtp

Ən çox baxılan