Mənbə: Google

Putin separatçı Abxaziyaya dəstəyin davam etdiriləcəyini vəd edib

Prezident Vladimir Putin Rusiyanın Gürcüstanın Abxaziya bölgəsinin separatçı hökumətinə dəstəyini davam etdirəcəyini vəd edib, - RFE/RL xəbər verir.

Kremlin mətbuat xidməti qeyd edib ki, Putin Gürcüstandan parçalanmış bölgənin de-fakto hökumətinə dəstəyini Abxaziyanın separatçı lideri Raul Xajimbaya 30 sentyabr tarixində teleqram vasitəsiylə bildirib. Sentyabrın 30-u bölgənin müstəqilliyinin qeyd edildiyi tarixdir.

"Rusiya Abxaziyaya milli təhlükəsizliyini dəstəkləmək, eləcə də sosial və iqtisadi inkişaf sahəsindəki aktual problemlərin həlli üçün yardım göstərməyə davam edəcək," - Kremldən bildirilib.

Sentyabrın 23-də Putin Rusiya hökumətinə Abxaziya ilə silahlı qüvvələrin modernləşdirilməsini təmin etmək üçün maliyyə ayırımı haqqında saziş imzalamağı tapşırıb.

Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstan hökumət qüvvələri ilə münaqişə zəminində müstəqilliyini elan edib.

2008-ci ilin avqustunda beş günlük Gürcüstan-Rusiya müharibəsindən sonra Moskva Abxaziyanın və Gürcüstanın digər separatçı bölgəsi olan Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti hesab edir ki, hər iki bölgə Rusiya tərəfindən işğal edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/d8tfjn

Ən çox baxılan