Vladimir Putin

Mənbə: Foto: Rio-Novosti

Başlıq: Vladimir Putin

Putin prezidentlik müddətinin ləğv edilməsinə razılıq verib

“Prinsipcə belə bir seçim mümkündür...”

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Konstitusiya Məhkəməsi dəstəklədiyi təqdirdə prezidentlik müddəti ləğv edilə bilər, - “Meduza” xəbər verir.

Martın 10-da Dövlət Dumasının deputatı Valentina Tereşkova Putinin prezidentlik müddətinin ləğvi və ya yenidən rəhbər vəzifəyə seçilmə ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı parlament müzakirələrinə düzəliş təqdim edib.

Dövlət Dumasında çıxış edən Putin qeyd edib ki, o, məhdudiyyətlərin qaldırılmasının əleyhinədir. Prezidentlik müddətinin ləğvi ilə bağlı Putin deyib: “Prinsipcə belə bir seçim mümkündür, ancaq bir şərtlə, o zaman ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi belə bir düzəlişin konstitusiyanın prinsiplərinə və əsas müddəalarına zidd olmayacağı ilə bağlı rəsmi qərar verərsə”.

Prezident Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsinə də toxunub və buna qarşı çıxıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bie6f3

Ən çox baxılan