Mənbə: Google

Putin: G7 tipli qrupda Türkiyə də olmalıdır

Rusiya prezidenti Çinin və ya Hindistanın iştirak etmədiyi beynəlxalq təşkilat düşünə bilmədiyini deyib

Rusiya dövlət başçısı Vladimir Putin Türkiyə, Hindistan və Çinin də içində olacağı daha geniş bir G7 qrupuna ehtiyac olduğunu söyləyib.

“Deutsche Welle” xəbər verir ki, Putin, Rusiyanın G7 qrupu yığıncağına ev sahibliyi etməyə hazır olduğunu və Türkiyə, Hindistan və Çinin də içində olacağı daha geniş bir qrupun yaradılmasından məmnuniyyət duyacağını qeyd edib.

Rusiyanın Vladivostok şəhərində keçirilən Şərqi İqtisadi Forumda danışan Putin Çinin və ya Hindistanın iştirak etmədiyi beynəlxalq təşkilat düşünə bilmədiyini deyib.

Prezident Ərdoğanla bu mövzunu müzakirə etdiyini söyləyən Putin, Türkiyənin beynəlxalq əlaqələrdəki və bölgədəki rolunu nəzərə aldıqda Türkiyənin bu növ təşkilatlara daxil olmasının uyğun olacağını dilə gətirib.

Çıxışında Putin Orta Mənzilli Nüvə Qüvvələri Sazişi ilə bağlı da açıqlama verib. Putin eyni zamanda Rusiyanın ABŞ-ın 2 avqust tarixində Orta Mənzilli Nüvə Qüvvələri Sazişindən rəsmi şəkildə ayrılmasından sonra Rusiyanın bu razılaşmaya əsasən qadağan olunmuş raketlər istehsal edə biləcəyini, lakin ABŞ ilk addımı atmazsa raketləri yerləşdirməyəcəyini deyib.

Rusiya prezidenti ABŞ, Yaponiya və Cənubi Koreyanın raketlərin yerləşdirilməsi ilə bağlı açıqlamalarını narahatlıqla izlədiyini deyib.

ABŞ-ın geri çəkildiyi Orta Mənzilli Nüvə Qüvvələri Sazişi (İNF) qurudan atılan və mənzili 5500 km olan raketlərin qadağan edilməsini nəzərdə tuturdu. Saziş 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqı lideri Mixail Qorbaçov tərəfindən imzalanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mc2rzg

Ən çox baxılan