Pulunu ala bilməyən fəhlə aclıq aksiyasına başlayıb

Pulunu ala bilməyən fəhlə aclıq aksiyasına başlayıb

Qalib Məhəmmədov mayın 15-dən evində müddətsiz aclıq aksiyasına başlayıb. Deyir ki, iş yerinin o da daxil olmaqla 15 nəfərə ümumilikdə 33.800 manat borcu var. Onlar 2 ildir zəhmət haqqını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 8 saylı Xüsusi Təyinatlı Yol İstismar idarəsində ala bilmirlər.

İdarənin ona 5000 manat borcu olduğunu deyir. Keçmiş işçi deyir ki, idarə onları əmək müqaviləsi olmadan işlədib.

İdarənin rəis müavini Yuris Hüseynov isə bildirib ki, Q. Məhəmmədova borclu qalmayıblar. Onlar pulu ödəyib, amma buna görə hansısa sənədə qol çəkdirməyiblər.

Q.Məhəmmədov ərazi üzrə poliklinikaya ərizə yazaraq aclıq aksiyasında olduğunu bildirəcək. Üç gün sonra anası Gülarə Hüseynova da oğluna dəstək olaraq aclıq aksiyasına qoşulacaq. Q. Məhəmmədov deyir ki, aclığın 10-cu günündə ağzını tikəcək.

Ana səhifəVideoPulunu ala bilməyən fəhlə aclıq aksiyasına başlayıb