Prezidentin qərarı bu yataqxana sakinlərinin ümidini puç edib

Prezidentin qərarı bu yataqxana sakinlərinin ümidini puç edib

Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən “Uçuq Bina” sakinləri üçün bu qərar gözlənilməz olub. Onlar hələ neçə il bu şəraitsiz yerdə yaşamalı olduqlarını bilmirlər. Sakinlər müvəqqəti məskunlaşma üçün sığınacaq istəyirlər. Yaşlıları isə bu sual düşündürür: normal həyat yaşamağa ömür yetəcəkmi?

İşsizlik sakinlərin həyat şəraitini bir az da ağırlaşdırır. Uzunmüddətlik ev növbəsindən onların bəxtinə bir şey çıxmayıb. Bəzi sakinlər başqa yerə köçsələr də, kirayə pulunu ödəyə bilmədikləri üçün yenidən bura qayıtmalı olublar. Burdasa illərdir onları natəmizlik, su, istilik problemi, rütubət izləyir.

Onlar artıq hər gün işğaldan azad edilən evlərini uzaqdan da olsa izləyirlər. Digər yanda isə yaşamağa məcbur olduqları bu yataqxana var. Birində hələ yaşamaq mümkün deyil, digərində artıq…

Ana səhifəVideoPrezidentin qərarı bu yataqxana sakinlərinin ümidini puç edib