Prezident ”Qarabağ” FK-na 2 milyon ayırdı

İlham Əliyev futbol klubunun heyətini qəbul edib

Source:


İlham Əliyev futbol klubunun heyətini qəbul edib

Avqustun 24-də prezident İlham Əliyev UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanan “Qarabağ” futbol klubunun heyətini qəbul edib.

Bu haqda prezidentin mətbuat xidməti xəbər verir.

Futbolçuları, məşqçiləri və komandanın rəsmilərini qəbul edən prezident həm də “Qarabağ” klubuna 2 milyon manat ayırıb. O, bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Qarabağ”ın ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

“Qarabağ” UEFA Çempionlar Liqasının avqustun 23-də keçirilən play-off mərhələsinin cavab görüşündə səfərdə “Kopenhagen” klubuna 2:1 hesabı ilə məğlub olub. Ancaq iki oyunun cəminə görə, “Qarabağ” Avropa Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Ana səhifəXəbərlərPrezident ”Qarabağ” FK-na 2 milyon ayırdı