Poroşenko yaxın müttəfiqi Hladkovskini qaçaqmalçılıq iddiasına görə işdən kənarlaşdırıb

Hladkovskinin oğlu Rusiyadan silah hissələri qaçaqmalçılığında ittiham edilir

Source: Getty İmages


Hladkovskinin oğlu Rusiyadan silah hissələri qaçaqmalçılığında ittiham edilir

Ukrayna prezidenti Petro Poroşenko yaxın müttəfiqi olan Oleq Hladkovskini Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini vəzifəsindən azad edib.

Azadlıq Radiosu xəbər verir ki, Hladkovskinin işdən azad edilməsi onun oğlunun Rusiyadan hərbi texnikanın ehtiyat hissələri qaçaqmalçılığı ilə məşğul olması iddialarının yayılmasıyla eyni zamana təsadüf edir.

Poroşenko 4 mart tarixində “Twitter”-də yazıb ki, Hladkovski həmçinin Hərbi-texniki əməkdaşlıq və ixrac nəzarəti siyasəti üzrə nazirliklərarası komissiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

“Bihus.info”-nun “Nashi Hroshi” (Bizim pul) proqramında İqor Hladkovskinin qaçaqmalçılıqla məşğul olması xəbəri verildikdən bir həftə sonra Poroşenko bu addımı atıb.

Proqramda qeyd edilir ki, Hladkovskinin oğlu İqor Rusiyanın Ukraynanın Krım bölgəsini ələ keçirdikdən bir il sonra, 2015-ci ildə, Rusiyadan ehtiyatda olan hərbi donanma parçalarının qaçaqmalçılığı ilə məşğul olub.

Xəbərdə deyilir ki, dövlət müdafiəsi obyektləri İqor Hladkovski və onun dostlarına aid olan özəl şirkətlərdən çox yüksək qiymətlərə bu ehtiyat hissələrini alıblar. Xəbərdə iddia edilir ki, Ukrayna dövlətinə aid olan və müdafiə sənayesi istehsal müəssisələrini nəzarət edən “Ukroboronprom” bu hərbi hissələrin mənşəyini bilirmiş. Buna baxmayaraq onları satın almağa razılıq verib.Xəbərdə həmçinin qeyd edilir ki, bu əməliyyatın qarşılığında İqor Hladkovski və onun iki əməkdaşı qeyri-qanuni olaraq ən azı 250 milyon grivna (9,2 milyon dollar) qazanıb. Hərbi hissələr Rusiyadan biri Poroşenkoya aid olan üç böyük özəl firma vasitəsilə qaçırılıb.

Rəsmi Moskvanın dostu Viktor Yanukoviçin 2014-cü ilin əvvəlində Rusiyaya qaçmasından sonra hakimiyyətə gələn Qərbyönümlü Poroşenko hazırda qarşıdan gələn 31 Mart prezident seçkisində yenidən seçilmək üçün ictimai dəstək qazanmağa çalışır.

25 fevral tarixində araşdırma xəbər “YouTube”-da yayımlanandan bir gün sonra Poroşenko Oleq Hladkovskini vəzifəsindən kənarlaşdırıb və iki gün sonra iddialarla bağlı araşdırma başladıldığını açıqlayıb.

Seçkilər ölkədəki davamlı iqtisadi problemlərin dərinləşdiyi və Şərqi Ukraynada Rusiyanın dəstəklədiyi separatçılara qarşı davam edən müharibə dövründə baş tutacaq.

Ana səhifəDünyaPoroşenko yaxın müttəfiqi Hladkovskini qaçaqmalçılıq iddiasına görə işdən kənarlaşdırıb