Polşa Prezidenti LGBT himayədarlığının qadağasını təklif edib

Duda deyib ki, o ümid edir ki, PO üzvləri, aqrar PSL qruplaşmasının və sağçı Konfederasiya Partiyasının üzvləri onun təklifinə geniş dəstək verəcəklər.

Source: https://russian.rt.com/

Konstitusiyanı dəyişdirmək üçün parlamentin aşağı palatasının üçdə ikisinin səs çoxluğu tələb olunur

Bazar ertəsi Polşa prezidenti Andrey Duda bazar günü keçiriləcək prezident seçkilərindən öncə konstitusiyaya LGBT cütlüklərinə uşaq himayə etməyi qadağan edən dəyişikliklər təklif edib, – “Reuters” xəbər verir.

Müxalif mərkəzçi Vətəndaş Platformasının (PO) namizədi, Varşava meri Rafal Trzaskovski (Rafal Trzaskowski) də bu həftəsonu LGBT cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinə qarşı olduğunu deyib.

Duda LGBT hüquqlarını Polşanın ənənəvi dəyərlərini yox edən xarici təsir kimi qəbul edən hakim millətçi Hüquq və Ədalət Partiyasının (PiS) müttəfiqidir.

Konstitusiyanı dəyişdirmək üçün parlamentin aşağı palatasının üçdə ikisinin səs çoxluğu tələb olunur. Oktyabrdakı seçkidən sonra PiS çox az səs çoxluğuna sahibdir və bu cür dəyişiklikləri həyata keçirmək üçün kifayət qədər səsə sahib deyil.

Duda deyib ki, o ümid edir ki, PO üzvləri, aqrar PSL qruplaşmasının və sağçı Konfederasiya Partiyasının üzvləri onun təklifinə geniş dəstək verəcəklər.

“İnanıram ki, bunun sayəsində uşaqların təhlükəsizliyi … daha çox təmin ediləcək”,- Duda Varşavadakı tədbirdə çıxış edərkən deyib.

Konstitusiya dəyişikliklə yalnız evli heteroseksual cütlüklərə övladlığa götürmə imkanı veriləcək. Məhkəmələr cütlüklərin qeyd edilən tanınmaya uyğun olmasını yoxlamaq haqqına sahibdirlər.

PO sözcüsü partiyasının Dudanın təklif etdiyi konstitusiya dəyişikliyinə qarşı olduğunu deyib.

Duda bundan öncə LGBT ideologiyasının kommunizmdən daha pis olduğunu və ənənəvi ailənin qorunması üçün məktəblərdə LGBT mövzularında tədrisin qadağan edilməli olduğunu demişdi.

Polşa bu il Brüsseldə fəaliyyət göstərən İLGA-Avropa QHT-sinin keçirdiyi sorğuda LGBT hüquqlarına görə Avropa Birliyinin ən pis ölkəsi adını alıb.

Ana səhifəDünyaPolşa Prezidenti LGBT himayədarlığının qadağasını təklif edib