Polşada qoyulan qadağaya qarşı aksiya

Mənbə: https://www.dw.com/ru

Başlıq: Polşada qoyulan qadağaya qarşı aksiya

Polşa aborta qadağa qoyub

Polyaklar etiraz aksiyaları keçirir

Polşa abortu qadağan edir. Yanvarın 28-də Krakovda abort məhdudiyyətlərinə etiraz olaraq aksiya keçirilib.

Polşa hökuməti abort qadağasının yanvarın 27-si gecəyarısından etibarən qüvvəyə mindiyini açıqlayıb.

Oktyabr ayında qadağanı dəstəkləyən məhkəmə qərarı qəbul edildikdə kütləvi etirazlarla qarşılandı. Artıq aborta yalnız təcavüz hallarında, yaxud yaxın qohumlar arasında cinsi əlaqə olduqda və ya hamiləlik ananın həyatını təhdid etdiyi hallarda icazə verilir. Polyakların əksəriyyəti daha sərt qadağaya qarşı çıxırlar və Polşanın şəhərlərində çərşənbə günü gecə saatlarında nümayişlər təşkil edilib. Aktivistlər cümə günü paytaxt Varşavada böyük küçə etirazlarına səsləyiblər. Konstitusiya Məhkəməsinin oktyabr ayındakı qərarının 1993-cü ildən bəri qəbul edilən, fetusun ağır və dəyişdiriləməyəcək anormallıqlarında aborta icazə verən qanuna zidd olduğu müəyyən edilib. 2019-cu ildə abortların 98 faizi bu səbəbdən həyata keçirilib, yəni tənzimləmə abortların böyük əksəriyyətini effektiv şəkildə qadağan edir. Qərar abort hüququ müdafiəçilərinin qəzəbinə səbəb olub. Bununla birlikdə, ölkənin Katolik Kilsəsi mühafizəkar hökumətin qərarını dəstəkləyir. Məhkəmə qərarını "ana bətnindəki uşağın insan olması" və bu səbəbdən Polşa konstitusiyasında qeyd edilən yaşamaq hüququnun təmin edilməsi ilə bağlı maddəyə görə qorunmağa layiq olduğunu əsas götürüb. Qərarın tətbiq ediləcəyinin elan edilməsindən sonra Varşavada etiraz edən qruplar koronavirus məhdudiyyətlərini pozublar. Qırmızı alovlar və LGBT bayraqları dalğalandıran bəzi adamlar əllərində "Azad Seçki Terror deyil" plakatları daşıyıb.

"İstəyirəm təməl hüquqlara, bədənimizlə nə edəcəyimizə, uşaq sahibi olmaq istəyib-istəmədiyimizə qərar vermə hüququna sahib olaq",- deyə etirazçılardan biri Qabriela Stepniak “Reuters” xəbər agentliyinə danışıb.

Varşava Bələdiyyə başçısı Rafal Trzaskovski öz tvitində hərəkata qarşı münasibətini bildirərək küçədəki qadınları etirazları dayandırmağa çağırıb. Polşadakı etirazçı qadınlar abortun leqallaşdırılması ilə bağlı Argentinada keçirilən “yaşıl hicab” aksiyasını davam etdirərək yaşıl hicab bağlayıblar.

Qanunu dəstəkləyən qruplar qadağanın uşaq hüquqları ilə əlaqəli olduğunu söyləyirlər. “Bu fərmanın dərc olunmasından çox məmnunuq”, - Ordo Iuris Beynəlxalq Hüquq Mərkəzindən Karolina Pavlovska BBC-yə deyib:

"Bu, bütün insanlar üçün insan hüquqlarının həyata keçirilməsinə doğru böyük bir addımdır. Bu, həm də xəstə və ya əlil uşaqlara qarşı ayrı-seçkilik olmayacağına dəlalət edir. Onun sözlərinə görə, məhkəmənin qərarı Polşa Konstitusiyasına və BMT-nin uşaq hüquqları konvensiyalarına uyğundur.

Rəsmi məlumata görə, sərt abort qanunları tətbiq edən Polşada hər il təxminən 1000 qanuni abort edilir. Təxminən 200.000 qadın qanunsuz abort etdirib və ya prosedur üçün xaricə üz tutub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dydo2k

Ən çox baxılan