”Polislər təpik, yumruqla bizi otaqdan çıxardılar”


Sakibkarların aksiyası dağıdılıb

Martın 15-də Sumqayıtdan olan 7 iş adamı aclıq aksiyasına başlamışdı. Onlar aksiyanı Sumqayıtda deyil, Bakıda keçirirdilər və bunu Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun aksiyanı dağıtmaq göstərişi verməsi ilə əlaqələndirirdilər. Lakin martın 17-də Binəqədi Rayon Polis İdarəsinin bir qrup əməkdaşı aclıq aksiyası keçirilən binaya daxil olaraq aksiyanı dağıdıb.

Bu barədə Meydan TV-ə aksiya iştirakçılarından Rəşad Abbasov məlumat verib.

“Polislər vəhşi kimi davranırdılar, təpik, yumruqla bizi oradan çıxardılar. Sonra Binəqədi Polis İdarəsinin rəisi polis-polkovniki Namiq İsmayılov gəldi. Rəis dedi, Zakir Fərəcov mənə zəng edib, bildirdi ki, bu bayramdan sonra sahibkarların pulunu verəcəm. Biz ona yenə də inanmırıq, çünki Zakir Fərəcov bizi dəfələrlə aldadıb. İndi növbəti aksiya yeri axtarırıq ki, polis bizi dağıtmasın. Əgər hər hansısa partiya bizə yer verərsə, razılaşarıq”.

Ana səhifəVideo”Polislər təpik, yumruqla bizi otaqdan çıxardılar”