Polisin əməliyyat keçirdiyi otel kimindir?

Həmin məlumatda həftəsonu üçün qiymətin bir nəfər üçün 399 manat olduğu bildirilirdi.

Source: google.az


“Belə çıxır ki, otel 3 günə 265 776 AZN qazanmaq niyyətindədir”

İyulun 5-də "Fairmont Baku" otelində karantin qaydalarını pozan 10-dan artıq şəxsi polis saxlayıb. Saxlanan şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. Rəsmi məlumatda deyilir ki, hazırda onlar barəsində araşdırma aparılır. Nəticəyə uyğun olaraq barələrində hüquqi addımlar atılacağı bildirilir.

“Fairmont Baku Hotel”i bir neçə gün öncə özünün “Instagram” səhifəsində həftə sonu istirahəti ilə bağlı məlumat paylaşmışdı. Həmin məlumatda həftəsonu üçün qiymətin bir nəfər üçün 399 manat olduğu bildirilirdi.

İqtisadçı Toğrul Vəliyev deyir ki, bu mehmanxanada 784 nömrə var. Belə çıxır ki, onlar 3 günə 265 776 AZN qazanmaq niyyətindədir:

“Satınalmalar reyestrin məlumatına görə, mehmanxananın sahibi "AZİNKO Development" MMC-dir. Şirkət DAAX şirkətlər qrupuna daxildir. Açıq mənbələrdə olan məlumata görə, DAAX qrupu (bir neçə şirkət daxildir) DİA Holding-in tərkib hissəsidir. DİA Holding isə “Azersun Holding” ilə eyni sahiblərə malikdir”.

DİA Holding Abdulbari Gözəlin qardaşı Həsən Gözəlindir.

OCCRP-nin

araşdırması

na görə Həsən Gözəlin ofşorda Arzu və Leyla Əliyevalarla şərikli şirkətləri var.

Prezident qızlarının Vircin adalarında açdığı şirkətlərdə onun adı direktor kimi keçir.

Həsən Gözəl və onun qardaşı Əbdülbari Gözəl əslən İrandandırlar. Qardaşlar bizneslərini əsasən, Dubaydakı Cəbəl Ali Azad Ticarət Zonasından idarə edirlər.

Ana səhifəSiyasətPolisin əməliyyat keçirdiyi otel kimindir?