Peskov: Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib

“Qarabağda indi başçı yoxdur, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan”

Source: Reuters


"Qarabağda indi başçı yoxdur, nümaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan"

“Rusiya başqa ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişməyib, bu ərazinin mənsubluğu artıq çoxdan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilib”.

Bu açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Məlumatı "RİA Novosti"

yayıb

.

D. Peskov bildirib ki, bütün bunlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeyd edilib: “Rusiya heç nəyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib”.

“Prezident Putin də deyib ki, Qarabağ özü-özlüyündə tanınmayıb, o, heç Ermənistanın özü tərəfindən tanınmayıb. Prezident Putin bu haqda deyib”, – deyə mətbuat katibi vurğulayıb.

RF prezidentinin mətbuat katibi həm də dəqiqləşdirib ki, Qarabağda indi başçı yoxdur, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan.

"Rusiyalı sülhməramlılar və mülki mütəxəssislər öz addımlarını həm Bakı, həm də Yerevanla koordinasiya edir", – Peskov

deyib

.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəXəbərlərPeskov: Rusiyanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi dəyişməyib