Pentaqon: İranın hücumundan sonra 50 ABŞ əsgəri beyin xəsarəti alıb

İlk öncə Prezident Donald Tramp bildirmişdi ki, İraqın qərbindəki Ain Əl-Əsəd aviabazasına 8 yanvar tarixində edilmiş ABŞ hücumu zamanı amerikalılardan zərər görən olmayıb.

Source: Foto: arxiv


50 nəfərdən 31-i müalicə alıb və vəzifələrinin icrasına dönüb

ABŞ ordusu bu ayın əvvəlində İraqın aviabazasına raket zərbələri endirilərkən beyin xəsarəti almış nümayəndələrinin sayını üçüncü dəfə artırıb, – AP xəbər verir.

Pentaqon sözcüsü Leytenant Tomas Kampbell yanvarın 28-də deyib ki, daha 16 xidmət üzvünə beyin xəsarəti diaqnozu qoyulub və ümumi sayı 50-yə çatıb.

Kampbell əlavə edib ki, 50 nəfərdən 31-i müalicə alıb və vəzifələrinin icrasına dönüb.

Keçən həftə bəyanatında Pentaqon qeyd etmişdi ki, ABŞ ordusunun 34 üzvü xəsarət alıb.

İlk öncə Prezident Donald Tramp bildirmişdi ki, İraqın qərbindəki Ain Əl-Əsəd aviabazasına 8 yanvar tarixində edilmiş ABŞ hücumu zamanı amerikalılardan zərər görən olmayıb.

Beyin sarsıntısı baş ağrısı, başgicəllənmə, işığa həssaslıq və ürək bulanması simptomları ilə nəticələnə bilər.

Tramp bu xəsarətləri kiçildərək demişdi, “onların baş ağrısının və bir neçə başqa şey olduğunu eşitmişəm”.

Onun bu sözləri ABŞ müharibə veteranları qrupunu hiddətləndirib.

Xarici Müharibələr Veteranlarının milli komandanı Vilyam Şmits (William Schmitz) yanvarın 24-də deyib ki, qrup “səhv qeydlərinə görə Prezidentdən xidmət etmiş qadın və kişi üzvlərimizdə üzr istəməsini gözləyir”.

İranın hücumu ABŞ-ın ən yüksək hərbi komandiri, general-mayor Qasem Süleymaninin yanvarın 3-də Bağdad hava limanında pilotsuz təyyarə ilə öldürülməsinə qarşılıq olaraq təşkil edilmişdi.

Hücum zamanı Ayn əl-Əsəd bazasında 1500-ə yaxın ABŞ əsgəri olub. Onların çoxu gələn raket zərbələri barədə xəbərdarlıq aldıqdan sonra bunkerlərdə gizlənib.

Ana səhifəDünyaPentaqon: İranın hücumundan sonra 50 ABŞ əsgəri beyin xəsarəti alıb