Pedro Almodovar

Mənbə: Reuters

Başlıq: Pedro Almodovar

Pedro Almodovarın yeni filmi: “Paralel analar”

Məqalə yeniləndi:  29 İyul 2021

Rejissor: "Bu analar digərlərindən fərqlidir"

İspaniyalı rejissor Pedro Almodovarın yeni filminin tizeri yayımlanıb.

Söhbət baş rolda Penelopa Kruzun çəkildiyi “Madres paralelas” – “Paralel analar” dramından gedir.

Filmdə doğum evində tanış olan iki qadından bəhs olunur. Onların hər ikisi də hamiləliyi planlaşdırmayıb.

Penelopanın qəhrəmanı ana olmağın sevincini yaşasa da, yeni tanışı, yeniyetmə ana isə yaşadıqlarından qorxuya düşüb.

Xəstəxanada onların arasında əlaqə qurulur və təsadüfi görüş qadınların həyatını dəyişir.

“Bu filmimdə mən əcdadların, nəsillərin əhəmiyyətindən danışıram. Filmoqrafiyamda çoxlu sayda ana obrazları olub. Amma bu analar digərlərindən fərqlidir”, - Almodovar deyib.

Yeri gəlmişkən, Penelopa Kruz 2006-cı ildə Pedro Almodovarın çəkdiyi “Qayıdış” filmində də ana obrazını canlandırıb.

Ümumiyyətlə, Almodovar yaradıcılığında qadına xüsusi yer verilir.

Rejissor filmlərində İspaniyanın patriarxal, mühafizəkar, bürokratik, burjua, sosial, siyasi problemlərini göstərir.

O, filmlərində mübarizəni qadınlar vasitəsilə göstərir və aparır.

“Paralel analar” dram filminin premyerası 78-ci Venesiya Film Festivalında olacaq.

Festival sentyabrın 1-dən 11-dək davam edəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nm2kh4

Ən çox baxılan