Paşinyanın Lukaşenkonu təbrik etməsi tənqidlərə səbəb olub

“Hazırkı hökumətin etdikləri ilə Baş nazirin təbrik mesajı arasında dəyərlər toqquşması var”

Source: president.am

Ermənistanın Baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonu Belarusda seçkləri qazanması münasibətilə “tələsik” təbrik etdiyinə görə tənqidlər artmaqdadır, – RFERL xəbər verir.

Belarusda seçki saxtakarlığı etiraz aksiyalarına səbəb olub.

Paşinyan avqustun 10-da Lukaşenkoya göndərdiyi mesajda əminliyini ifadə edərək deyib:

“Birgə səylərimizlə xalqlarımız arasındakı dostluğu möhkəmləndirməyə, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə davam edəcəyik”.

MSK-nın ilkin rəsmi məlumatlarına görə, Lukaşenko əsas rəqibi Svetlana Tixanovskaya ilə müqayisədə 80 faizdən çox səs çoxluğuyla yenidən prezident postuna sahib olub.

Kampaniya mitinqlərinə on minlərlə kütləni cəlb edən Tixanovskaya özünü qalib hesab etdiyini bildirərək MSK-nın nəticələrini tanımaqdan imtina edib.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Belarusdakı etirazçılara qarşı şiddəti qınayaraq Belarus hökumətini səsvermənin nəticələrini “dəqiq” hesablamağa çağırıb.

Yerevanda hüquq müdafiəçisi Artur Sakunts Ermənistan Baş nazirinin Lukaşenkoya “tələsik təbrik mesajı” göndərməsinin xüsusilə hökumət əleyhinə etirazlar nəticəsində hakimiyyətə gələn Paşinyan kimi bir lider tərəfindən “qəbuledilməz” olduğunu deyib.

Müxalif Parlaq Ermənistan Partiyasının lideri Edmon Marukiyan da Paşinyanın Lukaşenkonu təbrik etməyə tələsdiyini deyib.

Marukiyan Ermənistanın hazırkı hökumətinin etdikləri ilə Baş nazirin təbrik mesajı arasında “dəyərlər toqquşması” olduğunu bildirib.

Paşinyanın sözcüsü Mane Gevorkiyan tənqidlə bağlı şərh verməkdən imtina edib, ancaq hadisənin fərqində olduğunu vurğulayıb.

Ana səhifəDünyaPaşinyanın Lukaşenkonu təbrik etməsi tənqidlərə səbəb olub