Mənbə: google

Paşinyan Azərbaycanla danışıqlardan imtina edib

“Ermənistan üçün məqbul sayılan artıq Azərbaycan üçün məqbul deyil”

"Qarabağ məsələsinin indiki mərhələdə diplomatik həlli yoxdur”. Bu haqda oktyabrın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz dərk etməliyik ki, Qarabağ məsələsinin indiki mərhələdə və bu mərhələdən başlayaraq hələ uzun müddət diplomatik həlli ola bilməz. Bütün bu cür təkliflər bitmiş hesab olunmalıdır”, – Paşinyan “Facebook”-da öz səhifəsində yayımladığı birbaşa efirdə deyib.

Onun sözlərinə görə, Ermənistan həmişə qarşılıqlı kompromis əsasında problemi çözməyə hazır olduğunu bəyan edib.

"Bu o deməkdir ki, biz problemin həlli naminə öz tələb plankamızı aşağı salmalıyıq, lakin bir şərtlə: qarşı tərəf də öz plankasını endirsin. Ancaq təcrübə göstərdi ki, Ermənistan üçün məqbul sayılan artıq Azərbaycan üçün məqbul deyil. Bu, ondan xəbər verir ki, heç olmasa bu mərhələdə diplomatik həll barədə danışmaq artıq mənasızdır”, – Paşinyan deyib.

“Erməni xalqı Qarabağ münaqişəsinin özü üçün məqbul olan həllini təkcə əlində silah tapa bilər”, – Paşinyan bəyan edib.

“Bizim bundan sonrakı hərəkətlərimiz xalqımızın haqqı naminə sonadək mübarizə aparmaqdır. Nə baş verməsindən asılı olmayaraq, xalqımızın haqqı naminə mübarizə aparmalıyıq. Bu isə o deməkdir ki, ilk növbədə əlimizə silah almalı və vətənimizi müdafiə etməliyik”, – Paşinyan “Facebook”dakı səhifəsində söyləyib.

O qeyd edib ki, hazırda Azərbaycan Ermənistanın kapitulyasiyasından savayı heç nəyə razı deyil.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/axqb2c

Ən çox baxılan