“Paşa Bank”

Mənbə: Foto: arxiv

Başlıq: “Paşa Bank”

“Paşa Bank” repçinin həbsində adının hallandırılmasına qarşıdır

“Şəxsin saxlanılması ilə bağlı bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik”

“Paşa Bank” ASC “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanması ilə bağlı hər hansı əlaqələrinin olmadığını deyir. Bankın yaydığı açıqlamada bildirilib ki, son günlər bəzi media yayım vasitələrində şou-biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır:

““PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin, ümumiyyətlə, həqiqətə uyğun olub-olmamasına dair məlumatlara malik deyil. Şəxsin bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik. Bankımızın adının bu cür qeyri-dəqiq, işgüzar nüfuzuna xələl gətirə biləcək xəbərlərdə səsləndirilməsinin izləyicilərdə çaşqınlıq yaratmaması və əlavə şayiələrin qarşısını almaq məqsədilə bu rəsmi açıqlamanı paylaşmaq qərarına gəldik”.

Bank KİV- i istənilən təşkilatın reputasiyasına və biznes nüfuzuna xələl gətirə biləcək, məlumatlarda adı çəkilən tərəflərin rəsmi mövqeyi sorğulanmadan, bu cür qeyri-dəqiq məlumatların və ya şayiələrin dərc edilərək paylaşılması məsələlərində daha diqqətli və həssas olmağa səsləyir.

“Paster” ləqəbli repçi Pərviz Quluzadə 4 gün əvvəl saxlanılsa da, Daxili İşlər Nazirliyi dekabrın 27-də onun həbs olunduğunu təsdiqləyib.

Nazirlik bildirib ki, Binəqədi Rayon Məhkəməsi P.Quluzadəni İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək barəsində 30 sutka həbs qərarı çıxarıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/g3wc33

Ən çox baxılan