Parlament seçkiləri 2020 – CANLI BLOQ

9 fevral 2020 tarixində Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Foto: arxiv

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq.

Parlament seçkiləri 125 dairəni əhatə edəcək və səsvermə

5 573

məntəqədə aparılacaq. Bu seçkidə 5 milyon

329 460

nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə irəli sürülüb. Eyni zamanda namizədlərdən

1 057

-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Ana səhifəSiyasətParlament seçkiləri 2020 – CANLI BLOQ