Parlament qanun layihələrini müzakirəsiz təsdiqlədi

Həmin şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Source:


Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumları müəyyənləşdi

“Epidemioloji vəziyyəti nəzərə alaraq gündəlik ətrafında fikir bildirməməyi təklif edirəm”.

Milli Məclisin nöbvədənkənar sessiyasının iyunun 25-ə təyin edilən iclasında spiker Sahibə Qafarova belə deyib.

Parlamentin üzvləri də təklifi müsbət qarşılayıblar.

Daha sonra gündəlikdə olan 16 məsələ növbə ilə səsə qoyulub.

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulacaq dövlət rüsumunun məbləğləri ilə bağlı “Dövlət rüsumu haqqında” qanun layihəsi III oxunuşda təsdiqlənib.

Dəyişikliyə əsasən, ambulator xidmət göstərən tibb müəssisələri 2000 manat, stasionar xidmət göstərən tibb müəssisələri isə akkredtitasiya üçün 4000 manat rüsum ödəyəcək.

Layihədə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri belə müəyyənləşib ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.

Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur.

Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik layihəsi də III oxunuşda təsdiqlənib.

Bu dəyişiklilərlə prokurorlara əlavə səlahiyyətlər verilir. Belə ki, prokuror təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsifini, ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını yuxarı prokurora təklif edə bilər.

İclasda cinayət törətməkdə təqsirli bilinərək ictimai işlər cəzasına məhkum edilmiş şəxslərə tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.

Deputat Kamal Cəfərov məlumat verib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır.

Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə edilən dəyişikliyə əsasən, ictimai işlər cəzasına məhkum edilmiş şəxslər şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

22810542_955742871232684_99637878_o_1508915300.jpg
Kamal Cəfərov

Həmin şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Cinayət Məcəlləsində əsas cəza növü kimi nəzərdə tutulan “ictimai işlər” cəzası məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir.

Bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər.

Layihə II oxunuşda təsdiqlənib.

Gündəlikdə olan 16 məsələnin hər biri ayrılıqda səsə qoyularaq təsdiqlənib və iclas təxminən 1 saat 15 dəqiqə davam edib.

Spiker Sahibə Qafarova bildirib ki, növbəti plenar iclas iyunun 29-da keçiriləcək.

Ana səhifəSosialParlament qanun layihələrini müzakirəsiz təsdiqlədi