Pandemiyada ilk dərs günü

Pandemiyada ilk dərs günü

Bu gün – 15 sentyabr yeni tədris ilinin ilk günüdür. Pandemiya dövründə dərslər, əsasən, onlayn başlasa da, ibtidai sinif şagirdləri həftədə 2-3 dəfə olmaqla məktəbə gələ biləcəklər.

İlk dərs günü gigiyena qaydalarına həsr olunub. Məktəbin həyətində gəzişən valideynlər həm sevincli, həm də narahat görünürlər.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov pandemiya dövründə məktəklərdə qoyulan təhlükəsizlik qaydalarından danışır.

Təhsil Nazirliyinin verdiyi məlumata görə V-IX sinif şagirdləri oktyabrın 1-dən, X-XI sinif şagirdləri isə oktyabrın 15-dən distant təhsillə yanaşı məktəbə gedə bilərlər. Elə ali təhsil müəssisəsi qapılarının da 15 oktyabrda açılacağı deyilib.

Ana səhifəVideoPandemiyada ilk dərs günü