“Özlərinə seçki keçirib ömürlərini uzadırlar ki, qanımızı sovursunlar”

“İcra nümayəndəsi dedi ki, sığınacağın rəhbərinə de, o, Mehriban Əliyevanın qızları ilə rəfiqədir”

Gülnarə Rəhimova 3 ildir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakinidir. 

Deyir ki, yağış yağanda evinin qarşısı, qəsəbənin ara məhəllələri su ilə dolur. 

Məhəllələrdə işıqlandırma sistemi yarımçıq quraşdırılıb. O da buna görə 3 ildir ki, Binə qəsəbə bələdiyyəsinə mütəmadi şikayətlər edir, problemlərinin həllini tələb edir. 

Əvəzində isə yaşadığı ünvanın qeydiyyatından çıxarılacağı ilə hədələnir.

Gülnarə Rəhimova Binə bələdiyyəsinə şikayətə gedib. 

Keçirilən seçkilərin nəticəsində yenidən Binə qəsəbə bələdiyyəsinə sədr seçilən yerində olmayıb. 

Buna görə Binə qəsəbəsi üzrə ərazi nümayəndəsi Ərəstun Əlisoyun qəbulunda olub. 

Qəbulda ona deyilib ki, yol probleminin həlli üçün bələdiyyəyə müraciət etməsin, özü məşğul olsun.

Ana səhifəXəbərlər“Özlərinə seçki keçirib ömürlərini uzadırlar ki, qanımızı sovursunlar”