Ötən sutkada Azərbaycanda koronavirusa yoluxmuş 37 şəxs vəfat edib

”Hazırda aktiv xəstə sayı 47 min 713 nəfərdir”.

Foto: Meydan.TV


Virusdan sağalanların sayı yoluxmanı üstələdi

Sentyabrın 10-da Azərbaycanda 2508 adam COVİD-19 infeksiyasına yoluxub, 4076 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 37 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 455 min 44 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 401 min 300 nəfər müalicə olunaraq sağalıb, 6 min 31 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 47 min 713 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 672, bu günə qədər isə 4 milyon 623 min 245 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqÖtən sutkada Azərbaycanda koronavirusa yoluxmuş 37 şəxs vəfat edib