“Oskar”ın “Ən yaxşı film”i seçildi

Builki yarışma pandemiya ilə əlaqədar xüsusi formatda keçirilib.

Source: Фото: Chris Pizzello / AP


Hloya Çjaonun “Ən yaxşı rejissor” nominasiyasını da qazanıb

Los-Ancelesdə “Oskar” kino mükafatının təqdimat mərasimi keçirilib.

Rejissor Hloya Çjaonun “Köçəri torpaqları” (“Nomadland”) “Ən yaxşı film” seçilib.

Ekran işi həmçinin “Ən yaxşı rejissor” nominasiyasını da qazanıb.

Amerika Kino Akademiyasının ikinci ən vacib nominasiyası sayılan “Ən yaxşı rejissor” mükafatı mübahisəli nüfuza sahibdir.

“Oskar”ın 90 illik tarixində yalnız bir dəfə qadın rejissor Ketrin Biqelou (“The Hurt Locker”, 2010) bu nominasiyada mükafata layiq görülüb.

Britaniyalı aktyor Entoni Hopkins isə rejissor Florian Zellerin “Ata” (“The Father”) dram filmindəki roluna görə “Ən yaxşı kişi rolu” kateqoriyasında növbəti “Oskar”ını alıb.

Builki yarışma pandemiya ilə əlaqədar xüsusi formatda keçirilib.

Zala buraxılan izləyicilər isə ekspress koronavirus testindən keçməli olublar.

Ana səhifəMədəniyyət“Oskar”ın “Ən yaxşı film”i seçildi